Skip to main content

Kanaat

Pergola Tent

Pergola Tent (tavan hissəsi parça)

Texniki xüsusiyyətlər:

Pergola Tent” açılıb-bağlanan tavan sistemi olmaqla, məkanlara həm estetik görünüş, həm də funksionallıq qazandırır. Geniş sahələrin rahat şəkildə örtülməsi üçün ideal həll olan bu sistem, hava şəraitinə uyğun olaraq asanlıqla açılıb bağlana bilir.

Tavan açıldıqda xüsusi parça bir tərəfə səliqəli şəkildə yığılır və məkanı istəyə uyğun olaraq açıq və ya örtülü vəziyyətdə istifadə etməyə imkan verir.

Sistemdə İtaliya istehsalı, yüksək keyfiyyətli tent parçasından istifadə olunur. Parça günəş şüalarına, suya və qar kimi müxtəlif hava şəraitinə davamlıdır.

Pergola Tent” xüsusilə otel, restoran, kafe və digər kommersiya məkanları üçün funksional və estetik seçimdir.